Zəlimxan Yaqub

 

05 may 2016-cı ildə Abdulla Şaiqin Mənzil Muzeyində Azərbaycan poeziyasında silinməz izlər qoymuş, xalq şairi Zəlimxan Yaqubun əziz xatirəsinə həsr olunmuş “Ədəbiyyatın bir incisi” adlı xatirə günü keçirilib.
Tədbirə Aşıqlar Birliyinin sədri və birliyin üzvləri, bir sıra mənzil və xatirə muzeylərinin əməkdaşları, şairin qələm dostları dəvət olunmuşdular.
Xatirə günündə şairin əziz xatirəsi yad edilib, qələmə aldığı şeirlər, qəzəllər səsləndirilib, onun həyat və yaradıcılıq yolu tədbir iştirakçılarına təqdim olunub.
Tədbirin keçirilməsində məqsəd Azərbaycan ədəbiyyatına, poeziyasına tövhələr vermiş, əbədiyyətə qovuşmuş, lakin xalqın yaddaşında hər zaman yaşayan, el şairi Zəlimxan Yaqubun yaradıcılğını yaşatmaq indiki nəslə çatdırmaqdır.



May 2026
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 

 

 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.