Ana dilimiz milli sərvətimizdir

 

18 fevral 2016-cı il Abdulla Şaiqin Mənzil Muzeyində “Abdulla Şaiq – 135, Ana dilimiz milli sərvətimizdir” adlı tədbir keçirilib.
Tədbirə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət Müəssisələri və Xalq yaradıcılığı şöbəsinin Muzey İşi və Mədəniyyət Sərvətlərinə Nəzarət sektorunun, bir sıra xatirə və ev muzeylərinin əməkdaşları, Abdulla Şaiq adına 54 saylı məktəbin müəllim kollektivi və şagirdləri, “Aytam Uşaqların Mədəni maarifləndirilməsi ictimai birliyi”nin sədri və birliyin üzvləri, KİV nümayəndələri dəvət olunmuşdular.
Tədbirdə müxtəlif çıxışlarla yanaşı “Aytam Uşaqların Mədəni maarifləndirilməsi ictimai birliyi”nin uşaqları ədibin “Tülkü həccə gedir” tamaşasını və 54 saylı orta məktəbin şagirdləri ədibin “Yaxşı arxa” mənzum nağılı əsasında hazırladıqları tamaşanı tədbir iştirakçılarına təqdim ediblər.
Bu tədbirin keçirilməsində məqsəd Abdulla Şaiq yaradıcılığını tanıtmaq, ədibin də uzun illər təbliğ etdiyi ana dilimizi yetişməkdə olan gənc nəslə aşılamaqdır.



May 2026
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 

 

 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.