Rəşid Şəfəq 75

 

20 noyabr 2015-ci il tarixində Abdulla Şaiqin Mənzil Muzeyində ədibin zəngin irsini öz yaradıcılığına tərənnüm və təbliğ edən tanınmış bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Rəşid Şəfəqin 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Tədbirə Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Z. Qafarova, BMA-nın professoru C. Mahmudova, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyinin direktoru A. Bayramova, “L. və M. Rostropoviçlərin ev muzeyi”nin direktoru Ş. Heydərova, “Təhsil və Zaman” qəzetinin baş redaktoru Ə. Ağayev, Rəşid Şəfəqin tələbələri – Azərbaycan Pedaqoji Kollecinin pedaqoqu N. Fatiyeva, yazıçı-jurnalist Ş. Gündüz və mədəniyyət, təhsil sahəsində çalışan digər ziyalılarımız dəvət olunmuşdular.
Tədbirdə yubiliyara həsr olunmuş müxtəlif çıxışlar və onun bəstələdiyi mahnılar ifa olunub.



May 2026
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 

 

 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.