23 aprel 2024-cü ilat sa 12:00-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin “Türk çələngi” adlı kitabının yeni nəşrinin təqdimatı keçiriləcək

 

2024-cü il saat 12:00-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin “Türk çələngi” adlı kitabının yeni nəşrinin təqdimatı keçiriləcək. Kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Əhməd Hacıyeva tərəfindən transfoneliterasiya olunub. Tərtibçi, Ön söz və lüğətin müəllifi Arzu Əhməd Hacıyevadır.

Şair, nasir, dramaturq, tərcüməçi, ictimai xadim A.Şaiq, həm də ömrünün qırx ilə yaxın bir dövrünü xalqının maariflənməsinə, mədəni inkişafına həsr etmiş böyük pedaqoqdur. Pedaqoji fəaliyyətinin ilk illərində ana dilində material qıtlığı ilə üzləşən A.Şaiq dərslik tərtib etmək üçün əsərlər yazıb, tərcümələr edib, folklor materialları toplayıb və  ədəbiyyat tarixini araşdırıb. Ədib 11 adda 30-a qədər dərslik tərtib edib: “Gülzar”, “Gülşəni-ədəbiyyat”, “Türk ədəbiyyatı”, “Qiraət kitabı”, “Ədəbiyyat dərsləri” (H.Cavidlə birlikdə), “Ədəbiyyatdan iş kitabı” və s. bu qəbildəndir.

Abdulla Şaiq “Türk çələngi” kitabını vahid, mənəvi, bölünməz Turan ideyasının əsasının qoyulduğu, bu istiqamətdə bütün türksoylu xalqların ümumi mübarizəsinin alovlandığı bir dövrdə, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində dərc etdirib.  Bir əsrə yaxındır ki, qarşısı alınan, hər cür  müqavimətlə qarşılaşan bu ittifaqın – türk birliyinin aktual olduğu bir dönəmdə, müasir dövrümüzdə “Türk çələngi” kitabının latın qrafikalı Azərbaycan əlifbasında nəşr olunmasının həm oxucular, həm də mütəxəssislər üçün əhəmiyyəti böyükdür, həmçinin, A.Şaiq şəxsiyyətinin hərtərəfli öyrənilməsi, yaradıcılığının ideya təmayüllərinin müəyyənləşdirilməsi baxımından gərəklidir.

Tədbirdə ədəbiyyatşünaslar, muzey əməkdaşları və media nümayəndələri iştirak edəcəklər. Filologiya üzrə fəlsəfə doktoru,  dosent Mehman Həsənli, filologiya üzrə fəlsəfə doktoru Arzu Əhməd Hacıyeva, Abdulla Şaiqin Mənzil-Muzeyininin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə, filologiya elmləri doktoru, professor İslam Qəribli, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, filologiya elmləri doktoru, professor Eşqanə Babayeva çıxış edəcəklər.

 



May 2024
BE ÇA Ç CA C Ş B
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.