“Kamal Talıbzadə və Səməd Vurğun”

 

20 fevral 2024-cü ildə Səməd Vurğunun Ev-Muzeyində Abdulla Şaiqin Mənzil-Muzeyinin və muzeyin təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas və tənqidçi Kamal Talıbzadənin 100 illik yubileyinə və onun sonsuz məhəbbət bəslədiyi böyük Azərbaycan şairi Səməd Vurğuna həsr olunmuş “Kamal Talıbzadə və Səməd Vurğun” adlı ədəbi-bədii gecə keçirildi.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçiləri, elmi katibi, ədəbiyyatşünaslar və      yazıçı-şairlər, Abdulla Şaiqin Mənzil-Muzeyinin və Səməd Vurğunun Ev-Muzeyinin rəhbərliyi  və əməkdaşları, muzey işçiləri iştirak ediblər.
Səməd Vurğunun Ev-Muzeyinin direktoru Vurğun Vəkilov tədbiri giriş sözü ilə açıq elan etdi. Məclisdə filologiya elmləri doktoru, professor Zahid Xəlil,  Kamal Talıbzadənin sonuncu aspirantlarından filologiya üzrə fəlsəfə doktorları dosent Aygün Bağırlı,  Arzu Hacıyeva, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov, filologiya üzrə fəlsəfə doktorları Nəzakət Qafqazlı, vurğunşünas-alim Aslan Salmansoy çıxış etdilər. Onlar Kamal Talıbzadənin zəngin elmi yaradıcəılığı, geniş elmi-təşkilati fəaliyyətindən danışıb, xatirələrini bölüşdülər. Kamal Talıbzadənin dahi Səməd Vurğun şəxsiyyətinə sonsuz məhəbbəti, ona həsr edilən elmi məqalələri, onların şəxsi münasibətləri, doğma qohumluq əlaqələri ilə bağlı fikirlər və şirin xatirələr xüsusi maraq doğurdu.
Bədii hissədə Niyazinin “Xoreoqrafik Vals”, Ə.Əzizovun “Prelüdiya” musiqi əsərləri gənc solistlərin ifasında səsləndirildi. Ardınca gənc qanun ifaçıları “Nəlbəki”, “Səməni” xalq rəqslərini təqdim etdilər.
Tədbrin sonunda Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, Kamal Talıbzadənin qızı Ülkər Talıbzadə Səməd Vurğunun Ev-Muzeyinin direktoru və əməkdaılarına, tədbirin təşkilində əməyi keçən hər bir kəsə öz təşəkkürünü bildirdi.  Maraqlı, dərin məzmunlu səmimi çıxışlarına görə ədəbiyyatşünas alimlərə, ədəbi-bədii gecənin qonaqlarına minnətdarlıq etdi.
          
           
                           
            
            


May 2024
BE ÇA Ç CA C Ş B
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.