İsmail Shikhly 100
18 aprel 2019-cu ildə Abdulla Şaiqin Mənzil Muzeyində ölməz sənətkar, istedadlı Azərbaycan yazıçısı, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Tədbir muzeyimizin direktoru Ülkər Talıbzadə tərəfindən açıq elan edildikdən sonra BDU-nun filologiya fakültəsinin tələbəsi Elida Muxayeva və muzeyimiz böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva tərəfindən ədibin həyat və yaradaıcılığı ilə bağlı məruzələrlə davam etdirildi. Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi xanəndə Yusif Cəfərbəyli tar və kamaçada Bülbül adına orta ixtisas məktəbinin şagirdləri Əli və Cavanşir Rüstəmbəylilərin müşayiəti ilə xalq mahnısı ifa etdi. Ardınca rejissor Elman Əliyevin rejissorluğu ilə Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyasının Teatr şöbəsinin şagirdləri Sənan Muxtarov (Rus Əhməd), Mirbaba Salehov (A.Çernyayevski) İ.Şıxlının “Dəli Kür” romanından bir səhnəni canlandırdılar. Tədbir iştirakçılarından tanınmış jurnalist Arif Əliyev və BDU-nun jurnalistika fakültəsinin müəllimi Mahmud Mahmudov da həmçinin İsmayıl Şıxlı yaracılığının əsas məqamları ilə bağlı fikirlərini bölüşdü. Daha sonra söz ədibin oğlu Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlıya verildi. E.Şıxlı atası ilə bağlı bir sıra xatirələrini, habelə “Dəli Kür” filminin ərsəyə gəlməsi, itmiş kadrları ilə bağlı xatirələrini də tədbir iştirakçıları ilə bölüşdü. Eyni zamanda, atasının Mehdi Hüseyn və Əli Sultanlını hər zaman özünə müəllim olaraq bildiyini də qeyd etdi. Ürək sözlərini söylədikdən sonra qonaqlar arasından yazıçının yaradıcılığı ilə bağlı ona verilən sualları cavablandırdı. Çıxışının sonunda isə İ.Şıxlının yubiley tədbirinin keçirilməsini təşkil edən Abdulla Şaiq Mənzil Muzeyinin kollektivinə və direktoru Ülkər xanıma minnətdarlığını bildirdi.
Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.