İsmail Shikhly

 

28 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan ədəbiyyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncama əsasən 18 aprel 2019-cu il saat 15:00-da Abdulla Şaiqin Mənzil Muzeyində Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcəkdir.

Tədbirə görkəmli ədibin oğlu Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, Mədəniyyət Nazirliyinin nümayəndələri, AMEA-nın Nizami adına Ədəbiyyat, Memarlıq və İncəsənət İnstitutlarının elmi işçiləri, BDU-nun müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları və KİV nümayəndələri dəvət olunmuşlar.

Tədbiri giriş sözü ilə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə açacaq. Muzeyin əməkdaşları yazıçının həyat və yaradıcılığı ilə bağlı məruzələrlə çıxış edəcəklər. Daha sonra söz ədibin oğlu Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlıya və dəvət olunan digər qonaqlara veriləcək. Tədbirdə İsmayıl Şıxlıya həsr edilmiş videoçarx nümayiş etdiriləcək, yazıçının şah əsəri “Dəli Kür” əsasında hazırlanmış kiçik tamaşa təqdim olunacaq.

Tədbir sərəncamı rəhbər tutaraq, Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyi, 27 mart 2019-cu il tarixli tədbirlər planına əsasən keçiriləcək.

 



Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
 

 

 

 

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.