Abdulla Shaig’s birthday was commemorated

 

22 fevral 2019-cu il saat 13:00-da Birinci Fəxri Xiyabanda Abdulla Şaiqin Mənzil Muzeyi Abdulla Şaiq adına 2 nömrəli kitabxana ilə birgə Azərbaycan ədəbiyyatının klassiki, yazıçı, şair, dramaturq, pedaqoq Abdulla Şaiqin anadan olmasının 138-ci ildönümünə həsr edilmiş tədbir keçirdi.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  alimləri, Bakı muzeylərinin əməkdaşları, ADMİU-nun müəllim və tələbələri, Abdulla Şaiq adına 54 saylı orta məktəbin müəllim və şagirdləri, Rusiya İnformasiya Mərkəzi nümayəndələri və KİV nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə açdı. Ardınca Abdulla Şaiq irsinin tədqiqatçısı fil.ü.f.d. Arzu Hacıyeva ədibin Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində xidmətlərini dəyərləndirdi. O, Abdulla Şaiqin şair, nasir, dramaturq, pedaqoq, ədəbiyyatşünas, publisist kimi Azərbaycan ədəbi fikir tarixinə verdiyi töhfələrdən söz açdı. Fil.e.d. Baba Babayev Abdulla Şaiq yaradıcılığının çoxdiapazonlu mahiyyətindən, bütün zamanlar üçün aktuallığından danışdı. Abdulla Şaiqin adını daşıyan 2 nömrəli kitabxananın direktoru Yəmən Əmirova, 54 saylı orta məktəbin ədəbiyyat müəllimi Rəfiqə Hüseynova çıxışlarında Abdulla Şaiq irsinin məziyyətlərini, tərbiyəvi əhəmiyyətini vurğuladılar.

Tədbir 54 saylı  orta məktəbin şagirdlərinin, A.Şaiq adına 2 saylı kitabxananın kiçikyaşlı fəal oxucularının çıxışları ilə davam etdirildi. Şagirdlər böyük şairin “Qızılgül”, “Qərənfil”, “Vətən”, “Ülkər” və  başqa şeirlərini səsləndirdilər.



May 2025
BE ÇA Ç CA C Ş B
« İyn    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
 

 

 

 

http://abdullashaig.az/en/?p=178

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.