Mikayıl Müşfiq – 110

 

27 noyabr 2018-ci il saat 12:00-da Azərbaycan Respublikasının Prezidentinin 17 may 2018-ci il tarixli Sərəncamına əsasən, Abdulla Şaiqin Mənzil Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirildi.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Memarlıq və İncəsənət İnstitutunun alimləri, Bakı şəhərinin muzey və kitabxana əməkdaşları, BDU-nun müəllim və tələbələri, A.Şaiq adına 54 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, Mikayıl Müşfiqin qohumları, KİV nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə açdı. Daha sonra muzeyin könüllüsü, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi Elida Muxayeva Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi. Tədbir 54 saylı məktəbin şagirdlərinin çıxışı ilə davam etdi. Şagirdlər Mikayıl Müşfiqin “Şəngülüm, şüngülüm, məngülüm” mənzum nağılını səhnələşdirmişdilər. Tədbir boyu şagirdlər M.Müşfiqin yaradıcılığından müxtəlif nümunələri səsləndirdilər. Böyük şairin şagirdlərin ifasında təqdim olunan  “Yenə o bağ olaydı”, “Küləklər”, “Oxu tar” və başqa  şeirləri iştirakçılar tərəfindən maraqla qarşılandı. Tədbirin bədii hissəsi musiqi nömrələri ilə müşayiət olundu. 54 saylı məktəbin məzunu, hazırda İqtisad Universitetinin tələbəsi Yusif Cəfərzadə M.Müşfiqin qəzəllərindən ibarət muğamlar ifa etdi.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadə çıxış etdi. Lütfiyyə xanım nakam şairimiz Mikayıl Müşfiqin həyat və yaradıcılığına dair maraqlı faktları diqqətə çatdırdı. Tədbirdə, həmçinin Cəfər Cabbarlı Ev Muzeyinin direktoru Qəmər xanım Bağırova çıxış etdi. O, A.Şaiq, C.Cabbarlı və M.Müşfiq arasındakı mənəvi bağlardan söz açdı. 54 saylı məktəbin ədəbiyyat müəllimi Rəfiqə  Hüseynova böyük şairin poeziyasının insan azadlığını tərənnüm edən mahiyyətindən danışdı. Sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə tədqiq etdiyi Mikayıl Müşfiq yaradıcılığında rastladığı musiqi alətlərindən söhbət açdı. Sonda söz Mikayıl Müşfiqin qohumu Vahab müəllimə verildi. Vahab müəllim Mikayıl Müşfiqin xatirəsinin Abdulla Şaiq Mənzil Muzeyində yad olunduğuna görə ailəsi adından Ülkər xanıma təşəkkür etdi. Tədbiri muzeyin direktoru Ülkər xanım bağladı. Ülkər xanım tədbirə gələn qonaqlara öz minnətdarlığını bildirdi.

 



Noyabr 2024
BE ÇA Ç CA C Ş B
« İyn    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
 

 

 

 

http://abdullashaig.az/en/wp-content/themes/shaig/yaziya/images/submenu3.png

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.