Ulyanovsk vilayəti İ.A.Qonçarov adına Diyarşünaslıq Muzeyi ilə Abdulla Şaiqin Mənzil Muzeyi arasında əməkdaşlığın perspektivləri müzakirə edildi.

 

2018-ci il iyunun 20-də Abdulla Şaiqin Mənzil Muzeyi ilə Ulyanovsk vilayəti İ.A.Qonçarov adına Diyarşünaslıq Muzeyinin nümayəndələri Rusiya informasiya-mədəni Mərkəzinin (Bakı) təşkilatçılığı ilə hazırlanmış telekörpüdə iştirak etdilər.
Bağlantıda hər iki muzeyin əməkdaşları öz fəaliyyətləri ilə bağlı məlumatlar verdilər, qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə etdilər. Müzakirə əsnasında virtual ekskursiya imkanları, internet vasitəsilə eksponatların elektron versiyalarının ötürülməsi məsələləri gündəmə gətirildi. Ulyanovskda fəaliyyət göstərən ədəbiyyat muzeylərində, Heydər Əliyev adına 78 saylı Ulyanovsk şəhər məktəbinin muzeyində Abdulla Şaiqlə bağlı guşə və sərgilərin yaradılması, Abdulla Şaiqin Mənzil Muzeyində isə İ.A.Qonçarova həsr edilmiş sərgi və tədbirin keçirilməsi kimi təkliflər irəli sürüldü.
Görüşdə Azərbaycanda Rusiya Əməkdaşlığı Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sədr müavini Aleksandr Kalamin, Rusiya İnformasiya Mədəni Mərkəzinin muzey işləri üzrə kuratoru Cavad Quliyev, Ulyanovsk vilayəti İ.A.Qonçarov adına Diyarşünaslıq Muzeyinin direktoru, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi Yuliya Volodina, Ulyanovsk vilayəti Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbəri İslam Hüseynov, Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə, Heydər Əliyev adına 78 saylı Ulyanovsk şəhər məktəbinin dil və ədəbiyyat müəllimi Anna Tyurina, İ.A.Qonçarovun tarix-memorial muzey-mərkəzinin direktoru İrina Smirnova, İ.A.Qonçarovun Tarix-memorial Muzey Mərkəzinin mədəni tədris sektorunun rəhbəri Darya Voloçek, “Yazıkovlar evi” Ədəbiyyat muzeyinin böyük elmi işçisi Darya Kozlovskaya, Abdulla Şaiqin Mənzil Muzeyinin fond müdiri Səidə İsmayılova, böyük elmi işçisi Arzu Hacıyeva, ekspozisiya şöbəsinin müdiri Ülviyyə Əliyeva, Ulyanovsk vilayəti İ.A.Qonçarov adına Diyarşünaslıq Muzeyinin fond müdiri iştirak etdilər.



Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
 

 

 

 

http://abdullashaig.az/en/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.