“Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti”

 

1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikann müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib.
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il sərəncamını rəhbər tutaraq Abdulla Şaiqin Mənzil Muzeyi AMEA-nın Hüseyn Cavidin Ev Muzeyi ilə birgə “Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda (Hüseyn Cavid, Əhməd Cavad və Abdulla Şaiqin Cümhuriyyət dövrü yaradıcılığına həsr olunur) elmi konfrans keçirildi. Konfrans 25 may 2018-ci ildə saat 12:00-da Hüseyn Cavidin Ev Muzeyində baş tutdu.
Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyasında cümhuriyyət dövründə “Hüseyn Cavidin həyat və yaradıcılığı” adlı eksponatlardan və nəşrlərdən ibarət sərginin açılışı oldu. Konfransı giriş sözü ilə Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı açdı. “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Abdulla Şaiqin böyük qardaşı Yusif Ziya Talıbzadənin rolu” mövzusunda tarix üzrə elmlər doktoru Minaxanım Əsədli, “Əhməd Cavadın poema yaradıcılığında rejimlə psixoloji mübarizə” mövzusunda AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, “Romantik qəhrəmanlar sosial ədalət axtarışında” mövzusunda filologiya üzrə fəlsəfə doktoru Yusif Günaydın, “Hüseyn Cavidin yaradıcılığında Türkçülüyün, Cümhuriyyətçiliyin tərənnümü” mövzusunda AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi, “Şaiq Nümunə Məktəbi” Cümhuriyyət dönəmi milli təhsil quruculuğunun intibahı kimi” mövzusunda pedaqoji elmlər üzrə fəlsəfə doktoru Məlahət Mürşüdlü, “Hürriyyət aşiqi Hüseyn Cavid” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dosent Əzizağa Nəcəfzadə, “Abdulla Şaiq Cümhuriyyət illərində” mövzusunda filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva, “Mikayıl Müşfiq” mövzusunda Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva məruzə ilə çıxış etdilər. Sonda Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə yekun sözü ilə konfransı bağladı.

 

 



Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
 

 

 

 

http://abdullashaig.az/en/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.