Abdulla Şaiqin Mənzil Muzeyində Muzeylər Günü Qeyd edildi

Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti “Beynəlxalq Muzeylər günü” kimi qeyd edir.  Şəhərimizin digər muzeyləri  kimi  Abdulla Şaiqin Mənzil Muzeyi də 2018-ci il mayın 18-ində  “Açıq qapılar günü” münasibətilə muzeyin qapılarını şaiqsevərlərin üzünə açmışdı. Ekspozisiyaya ekskursiya edən seyirçilər ədibin həyat və yaradıcılığı ilə bağlı maraqlı  bilgilər əldə etdilər. Qonaqlara ədibin səs yazısı təqdim edildi və video çəkilişi göstərildi. “Tıq tıq xanım” və “Tülkü həccə gedir” mənzum nağıllarına çəkilmiş cizgi filmləri balaca ekskursiyaçılar tərəfindən maraqla qarşılandı.

Mayın 19-da isə “Beynəlxalq Muzeylər günü” münasibəti ilə Abdulla Şaiqin Mənzil Muzeyində muzey əməkdaşları tərəfindən A.Şaiqin “Tıq-tıq xanım” adlı mənzum nağılına hazırlanmış kukla tamaşası göstərildi. Musiqi tərtibatı, rəngli personajlar, uşaqların zövqünə uyğun bəzədilmiş səhnə qonaqlar tərəfindən alqışla qarşılandı. Tamaşa iki dəfə – 11:00, 14:00-da nümayiş etdirildi. Tamaşada Yasamal rayonu 150 №-li, Xətai rayonu 58 №-li tam orta məktəblərin aşağı sinif şagirdləri, Heydər Əliyev adına lisey, Fikrət Tağıyev adına 72 saylı məktəb-lisey, Xırdalan şəhər 9 saylı ərəb təmayüllü tam orta məktəb və 166 saylı Körpələr evi uşaq bağçası  iştirak etdilər.

Şairin yaradıcılığına müraciət edən balaca dostlarımız Abdulla Şaiqin şeirlərini azərbaycan, rus və ingilis dilində səsləndirdilər. Çıxışlardan sonra iştirakçılar tədbirdə fəal iştirak etdiklərinə görə fəxri fərmanla təltif edildilər. Muzeyimizin ekspozisiyasına canlı ekskursiya edən balaca qonaqlar Şaiq ocağı, şair yaradıcılığı ilə yaxından tanış oldular. Sonda qonaqlarla muzey əməkdaşları xatirə şəkli çəkdirdilər.



Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
 

 

 

 

http://abdullashaig.az/en/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.