İşıqlı gələcəyimizi söndürməyək

 

2017-ci il aprelin 25-də Abdulla Şaiqin Mənzil Muzeyində müasir dövrümüzdə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda “İşıqlı gələcəyimizi söndürməyək” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd gənclərə əsrin bəlasını tanıtdırmaq, onları narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi mövzusunda maarifləndirmək idi.

Tədbirdə həkim-narkoloq Elçin Haqverdov, “Aytam” – Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri  Səriyyə Müslümqızı, Azərbaycan radiosunun əməkdaşı, jurnalist İlahə Aslanova, Şuşa Humanitar Kollecinin müəllim və tələbələri, Bakı şəhər 141 saylı orta məktəbin kollektivi və media nümayəndələri  iştirak etdilər.

Məclisə dəvət olunan qonaqlar mövzuyla bağlı fikirlərini bölüşdülər. Tədbirdə çıxış edən həkim-narkoloq Elçin Haqverdov,  muzeyin böyük elmi işçisi Arzu Hacıyeva, Səriyyə Müslümqızı, Aygün Zamanlı gənc nəsli  narkotik bəlasından qorumaq üçün aparılan təbliğat məsələlərini müzakirə etdilər, “ağ ölüm” mövzusunun incəsənətdə və ədəbiyyatda inikasından söhbət açdılar.



Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
 

 

 

 

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.