Abdulla Şaiqin xatirəsi anıldı

 

Abdulla Şaiqin Mənzil Muzeyi 2017-ci il fevralın 23-də Azərbaycan ədəbiyyatının klassiki, görkəmli pedaqoq, dramaturq, ictimai xadim Abdulla Şaiqin anadan olmasının 136-cı ildönümü ilə əlaqədar Fəxri Xiyabanda ədibin abidəsi önündə tədbir keçirdi. Ədibin xatirəsinin anım mərasimində ədəbiyyatşünas-alimlər, xatirə muzeylərinin nümayəndələri, A.Şaiq adına kitabxananın kollektivi, ədibin adını daşıyan Nəsimi rayonu 54 saylı və Yasamal rayonu 225 saylı məktəblərin müəllim və şagirdləri, KİV nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə açdı. Muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Alxan Bayramoğlu A.Şaiqin şəxsiyyəti və yaradıcılığı ilə bağlı fikirlərini bölüşdülər. 54 saylı məktəbin ədəbiyyat müəlliməsi Rəfiqə Hüseynova çıxış edərək Abdulla Şaiq yaradıcılığının ölməzliyindən, uşaqların dünyagörüşlərinin formalaşmasında oynadığı mühüm rolundan danışdı. Kitabxananın direktoru Yəmən Əmirova Şaiq irsinin təbliğatı ilə bağlı fəaliyyətlərindən söz açdı. Anım mərasimində 54 saylı məktəbin şagirdləri: Vahabova Zeynəb, Babayeva Ayişə, Süleymanova Aysel, Babayeva Fatimə, Məmmədli Firuzə, Həsənov Əli, ATMU-nin magistrantı Eyvaz Elisoy Şaiqin əsərlərindən nümunələr təqdim etdilər. Sonda xatirə şəkilləri çəkildi.

 



Dekabr 2025
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
 

 

 

 

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.