Kamal Talıbzadənin çap olunmuş kitablarının təqdimatı

 

25 may 2016-cı ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda akademik Kamal Talıbzadənin “ Azərbaycan Ədəbi Tənqidinin Tarixi (1800-1920-ci illər)” və “ Seçilmiş əsərləri ” kitablarının təqdimat mərasimi keçirilib.
Kamal Talıbzadənin Nizami adına Ədəbiyyat institutunda hazırlanan “Seçilmiş əsərləri ” AMEA-nın Rəyasət Heyətinin Elmi nəşriyyat şurasının qərarı ilə “Elm” nəşriyyatı tərəfindən, Abdulla Şaiqin Mənzil Muzeyində nəşrə hazırlanan “ Azərbaycan Ədəbi Tənqidinin Tarixi (1800-1920-ci illər)” kitabı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə “Şərq-Qərb” Nəşriyyat evində nəşr edilmişdir.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və İnstitutun alimləri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri, Mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzinin və Abdulla Şaiqin Mənzil Muzeyinin əməkdaşları iştirak ediblər.



Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
 

 

 

 

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.