Fəxri xiyabanda keçirilmiş tədbir

 

24 fevral 2016-cı il dünya şöhrətli ədib, görkəmli Azərbaycan şairi, yazıçısı, dramaturqu, pedaqoqu Abdulla Şaiqin 135-ci il doğum günü ilə əlaqədar fəxri xiyabanda məzarı ziyarət edilib.
Tədbirə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Cəfər Cabbarlı, Səməd Vurğun, Rastropoviç ev və xatirə muzeylərinin əməkdaşları, A.M.E.A.-nın əməkdaşları, Pedaqoji kollecin kollektivi, Abdulla Şaiq adına 54 saylı orta məktəb və ədibin adını daşıyan kitabxana, Azərbaycan Pedaqoji Universitetinin və Azərbaycan Menecment və Turizm Universitetinin kollektivi, KİV nümayəndələri dəvət olunmuşdular.
Tədbirin keçirilməsində əsas məqsəd Abdulla Şaiqin doğum günündə yad edilməsidir.



Avqust 2026
BE ÇA Ç CA C Ş B
« İyn    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
 

 

 

 

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.