Rəfiqə xanım 80

 

22 oktyabr 2015-ci il tarixində Abdulla Şaiqin Mənzil Muzeyində Abdulla Şaiqin gəlini, Şaiq irsinin layiqli davamçısı akademik Kamal Talıbzadənin ömür-gün yoldaşı, Abdulla Şaiqin Mənzil Muzeyinin uzun illər direktoru olmuş dəyərli ana, sevimli pedaqoq Rəfiqə xanım Talıbzadənin 80 illik yubileyinə həsr olunmuş xatirə günü keçirilib.
Tədbirə Rəfiqə xanımın iş yoldaşları – BDU-nun pedaqoqları, onun tələbələri, yaxın qohumları, memorial ev muzeylərinin əməkdaşları dəvət olunmuşdular. Qonaqlar Rəfiqə xanım Talıbzadənin həyatı və pedaqoji fəaliyyəti haqqında öz xatirələrini bölüşmüşlər.
Tədbirdə Kamal müəllimin Rəfiqə xanıma həsr etdiyi “Gözəllik qocalmır” poetik parçası və A. Şaiqin öz həyat yoldaşı Şahzadə xanıma bəslədiyi sevgi və rəğbət hisslərini ifadə edən “Canlı Dərbənd çiçəyi” şeirləri səsləndirilmişdir.



Aprel 2026
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
 

 

 

 

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.