27 saylı uşaq bağçası ilə birgə tədbir

 

2 iyun 2015-ci il tarixində Abdulla Şaiqin Mənzil Muzeyində 1 iyun “Beynəlxalq Uşaqların Müdafiəsi Günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirə 27 saylı bağçanın müəllim və uşaqları dəvət olunmuşdular. Tədbirdə bağçanın uşaqları ekspozisiya ilə tanış olublar, Abdulla Şaiqin “Tıq tıq xanım”, “Tülkü həccə gedir” əsərləri əsasında ekranlaşdırılmış cizgi filmlərinə baxıblar, şeirlər söyləyiblər, rəsmlər çəkiblər. Sonra uşaqlara muzey tərəfindən hədiyyələr verilib.
Bu tədbirin keçirilməsində məqsəd dəvət olunan uşaqları bayram münasibətilə təbrik etmək, qismən də olsa Abdulla Şaiqin həyat və yaradıcılığı ilə tanış etməkdir.



Aprel 2026
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
 

 

 

 

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.