Yaxşı arxa tamaşası

 

03iyun 2014-cü il-də Abdulla Şaiqin Mənzil Muzeyində 1iyun Beynəlxalq Uşaq Günü münasibətilə A.Şaiqin Mənzil Muzeyinin əməkdaşları Azərbaycan ədəbiyyatının klassiki, uşaq dramaturgiyasının banisi Abdulla Şaiqin “Yaxşı arxa” mənzum nağılı əsasında hazırlanmış kukla tamaşasını təqdim etmişlər. Tamaşanın bədii tərtibatçısı rəssam Sabir Qasımov, qurluşçu-rejissoru Günel Rəsulovadır. Musiqi tərtibatında Ramiz Mirişlinin “Kirpi balası və alma” cizgi filminə bəstələdiyi musiqidən istifadə edilmişdir. Rolları Abdulla Şaiqin Mənzil Muzeyinin əməkdaşları – S.İsmayılova, G.RƏSULOVA, Ü.Əliyeva, E.Məmmədli, H.Teymurova və T.Hüseynova səsləndirdilər.
Tədbirdə bağça və orta məktəbin şagirdləri tamaşaçı qismində iştirak ediblər. Tamaşanın sonunda bütün qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar. Uşaqlar Abdulla Şaiqin “Tıq-tıq xanım” və “Tülkü həccə gedir” mənzum nağılları əsasında çəkilmiş cizgi filmlərinə tamaşa ediblər.



Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
 

 

 

 

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.