Kamal Talıbzadə 90

 

04 mart 2014-cü il Abdulla Şaiqin Mənzil Muzeyində ədibin oğlu Azərbaycanın görkəmli elm və mədəniyyət xadimi, akademik Kamal Talıbzadənin 90 illik yubileyinə həsr olunmuş “Şaiq irsinin layiqli davamçısı” adlı tədbir keçirilib.
Tədbirə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İ.Həbibəyli, direktor müavini M.Qasımlı və institutun digər alimləri, Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat muzeyinin direktoru R.Hüseynov, Səməd Vurğun, Hüseyn Cavid, Cəfər Cabbarlı, C.Məmmədquluzadə ev muzeylərinin əməkdaşları, ADPU-nun dosenti T.Rəhimli, ADMİU-nin dosentləri M.Süleymanlı və M.Əsədli, ADMİU-nin müəllim və tələbələri, A.Şaiq adına 54 saylı orta məktəbin müəllim və şagirdləri dəvət olunmuşlar.
Tədbirin əvvəlində akademik Kamal Talıbzadəyə həsr olunmuş slayd-şou nümayiş olunub. Məclisə dəvət olunmuş ədəbiyyatçılar, incəsənət və elm xadimləri akademiklə bağlı xatirələrini bölüşüblər.
Daha sonra A.Şaiq adına 54 saylı orta məktəbin şagirdlərinin ifasında A.Şaiqin “Ata öyüdü”, “Canlı Dərbənd çiçəyi”, Stalinizmin ifşasına həsr olunmuş “Gəmirik” şeirləri səsləndiriblər. Kamal Talıbzadənin ömür-gün yoldaşı Rəfiqə xanıma həsr etdiyi “Gözəllik qocalmır” mənsur şeirini ADMİU-nin tələbəsi ifa edib. A.Şaiqin və K.Talıbzadənin vətəndən uzaqda bir sıra xarici səfərlərdə olduqları zaman ailə üzvlərinə yazdığı məktublar tədbir iştirakçılarına təqdim olunub.
Tədbirin keçirilməsində məqsəd görkəmli elm və mədəniyyət xadimi akademik Kamal Talıbzadəni, həmçinin, görkəmli ədib Abdulla Şaiqi bir daha xatırlamaq, onların yaradıcılığına nəzər salmaqdır.



Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
 

 

 

 

Copyright © 2016 - 2019 - House museum of Abdulla Shaig

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.